Tornado answered
Qaraqalpaqlar əsasən Aral gölü sahilində, Amudərya və Sırdərya cayları hövzəsində yaşayan türkdilli xalqdır. Qaraqalpaq dilində danışırlar. Əsas yaşayış yerləri Özbəkistan Respublikasının ərazisində olan Qaraqalpaq Muxtar Respublikası olmasına baxmayaraq, onlar Kazaxıstanda, Xivə vahəsində,Fərqanə vadisində, Əfqanıstan, İran, Pakistan və Rusianın müxtəlif bölgələrində də yaşayırlar.
Tarixən əhalinin məşğuliyyəti əkincilik (suvarma əkinçiliyi), Aralın deltasında yaşayanlar isə həm də balıqçılıqla məşğul olmuşlar. Heyvandarlığın əsasən əkinçiliyə xidmət edən sahələri (öküz, at) inkişaf etmişdir. Onlar əsasən taxıl, düyü, pmbıq, küncüt yetişdirirdilər. Qaraqalpaqlar "yurd" və "tam" adlanan evlərdə yaşayırdılar.