Qarabağ Sportinq oyununda hesab nə olacaq?
Sabah (20 Sentyabr) Bakı vaxtiyla 23:00-da Lissabonda Qarabağ Sportinqlə qarşılaşacaq. Qarabağ artıq 5-ci ildir ki, Avropa turnirlərində çıxış edir, ona görə həyəcanlanmanın olacağına inanmıram.
Sportinq öz meydanında keçirdiyi axırıncı 3 oyunda məğlub olmayıb və Portuqaliya kimi güclü çempionatda 3-cü yeri tutub. Komandanın transfer bütün transfer qiyməti 157 milyon avrodan daha çoxdur. Komandanın ən dəyərli oyuncuları Bruno Fernandes, Bas Dost, Marcos Acuna - hər biri Qarabağın ümumi transfer qiymətindən daha çoxdur.
Qarabağ rəqib meydanda keçirdiyi axır 3 oyundan cəmi 1-də qalib gəlib (Səbail klubuna), 1 məğlubiyyət (Şerif Tiraspol) və 1 heç-heçəyə (Bate Borisov) malikdir. Amma həm Şeriflə oyunda, həmdə Bate ilə oyunda Qarabağ meydanda daha üstün idi. Həmçinin Miqel də komandaya qayıdıb. Qarabağın transfer qiyməti 12 milyon avrodan biraz çoxdur. Buna baxmayaraq mən Qurban Qurbanovun komandasına inanıram.
Daha bir maraqlı məqam Qarabağın futbolçusu Simon Slavçev uzun müddət Sportinqə məxsus olub, amma bütün müddətdə icarə əsasında digər klublarda çıxış edib.
Məncə hesab 1-2 Qarabağın qələbəsi ilə bitəcək.