Atlantik okeanına aid olan Qara dəniz Cənub Şərqi Avropa və Kiçik Asiya arasında yerləşir. Dəniz Bosfor və Dardanel boğazları vasitəsi ilə Aralıq dənizinə birləşir.
Dunay, Qızılirmaq, Dnepr çayları Qara dənizə tökülür. Dənizin suları Rusiya, Türkiyə, Ukrayna, Rumıniya, Gürcüstan və Bolqarıstan kimi ölkələrin sahillərini yuyur. Dəniz sahili ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. İstər yük daşınmasında, istərsədə sərnişin daşınmasında fəal iştirak edir.
Qara dəniz meromiktik (su təbəqələri qarışmır) dənizdir. Elə bu səbəbdən də səthdə duzluluq nisbətən az, oksigenin miqdarı isə çoxdur. Dərin qatlarda duzluluğun çox olması sıxlığın çox olmasına səbəb olur.
Qara dəniz çirkli dənizdir, bunun səbəbi isə dənizdə neft daşınması, ora tökülən çayların həddindən çox çirklənməsi, məişət tullantılarının təmizlənmədən dənizə axıdılmasıdır.