Əfsanəyə görə Qara dənizin adı almasının əsas səbəbi dənizin üst qatının rəngi deyil dibinin rəngi ilə əlaqədardır. Əfsanəyə görə qara dənizdə 100 metrdən daha dərinə enən hər şeyin rəngi bir anda qara rəngə dönür. Dənizin dərinliyini ölçmək üçün istifadə edilən dəmirlər bir dərinlikdən sonra tam qara rəngdə çıxırmış. Əfsanə kimi deyilsə də elmi araşdırmalar dəqiq olaraq təsdiq edir ki, Qara dənizin 200 metrə dərinliyindən sonra heç oksigen olmur, ancaq H2S olur. Bu da dənizə atılan metalların kimyəvi reaksiya nəticəsində rənglərinin tündləşməsinə səbəb olur.
Rusca (Chornoye More), Ukraynca (Chorne More), Bolgar dilində (Cherno More), Gürcücə (Shavi Zghva). Buradan görüldüyü kimi bütün dillərdə eyni mənaya gələn Qara dəniz Türk sözüdür.
Türklər Şərq üçün “göy-yaşıl”, Qərb üçün “ağ”, Şimal üçün “qara”, Cənub üçün “al qırmızı”, mərkəz üçünsə daha çox “sarı” rənglərdən istifadə etmişlər.