Tornado answered
Temperaturun aşağı olduğu və qar çox yağdığı ərazilərdə, qış zamanı yağmış qar əriməyə macal tapmamış yenidən qar yağır və qar bu ildən o biri ilə keçir ki, bu da qarlı sahələrin əmələ gəlməsinə səbəb olur. Qar örtüyünün tutduğu sahə qış aylarında böyüyür və yay aylarında kiçilir. Bu zaman yağmış qarın miqdarının əriyən qarın miqdarına bərabər olduğu bir hüdud əmələ gəlir. Bu müvazinət sahəsinə qar xətti deyirlər.
Qar xəttinin hündürlüyü müxtəlif amillərdən asılı olaraq dəyişilir. İlk növbədə onun dəyişməsi coğrafi enlikdən asılıdır. Bundan əlavə dağın hündürlüyü, şimal və cənub yamacda olması və s. amillər də təsir edə bilir.