Qar uçqunları (marxallar və ya lavinlər) necə yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Dik yamaclarda toplanan və ya asılı halda qalmış qar kütlələri davamsız vəziyyətdə olurlar. Azacıq külək əsməsi, ovçunun tüfəng atması, hətta ən zəif tektonik proseslər belə bütöv qar kütləsinin yamac boyu hərəkət etməsinə səbəb ola bilər. Bundan başqa yamacda olan meşə və kolluqların qırılması, vəhşi heyvan sürülərinin sürətlə hərəkəti və sairədə qar uçqunları yarada bilər.

Bu zaman sürətlə hərəkət edən qar kütləsi rastına çıxan yeni qar kütlələrini və süxur parçalarını özü ilə apara bilir. Dərənin dibinə düşmüş qar uçqunu suyun qabağını kəsib göl əmələ gətirə bilir. Bu yolla yaranan göllər uzun ömürlü olmur.

Qar uçqunları çox böyük dağıntı yarada bilər. Bunun nəticəsində yaşayış məntəqələri, yollar, kommunikasiya xəttləri, turist mərkəzləri, meşələr dağılaraq pis vəziyyətə düşə bilər.

0 points