Qar niyə bəyazdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Bir alma qırmızı görünürsə deməli almanın üzəri bütün işıqdakı rəngləri udur, təkcə qırmızını əks etdirir və biz də buna görə almanı qırmızı görürük. Buna oxşar şəkildə də qar kristalının üzərinə günəş işığı düşdükdə işığın tərkibindəki bütün rənglər geriyə əks olunur. Heç bir rəng digərlərinə görə daha çox və ya daha az udulmur. Beləliklədə, bütün rənglərin əks olunması qarın rənginin ağ görünməsinə səbəb olur.

Qar çox kiçik buz kristallarından ibarət olan atmosfer yağıntısıdır. Qarın bir neçə növü var.

Lopa lopa - Durğun çox soyuq olmayan mühitlərdə yaranır. Qar dənəsinin diametri 1sm-ə yaxın olur.

Sulu qar - Atmosferin üst qatında çox soyuq olmayan havada su ilə buzun birləşməsindən yaranır.

Düyü qar  - Daha kiçik ancaq yumru və sərt dənəciklərdir. Üzəri incə buzla örtülüdür.

Quru qar - Çox soyuq havalarda və havada nəm nisbəti aşağı olduqda yaranır. Diametri 1mm-dən kiçikdir. Daha gec əriyir.

Boran - 56 km/s sürətlə əsən küləklə qar yağıntısının birlikdə vəziyyətidir.

0 points