Mənfi temperaturda buludda olan su buz kristalına çevrilir. Aşağı enən bu kristallarının ölçüləri əvvəlcə 0.1mm-dən böyük olmur, havada olan rütubətin hesabına onlar böyüməyə başlayır və altıgüşəlli forma alır. Su molekullarının quruluşundan asılı olaraq kristal şüalari arasında bucaq 60 və ya 120 ola bilər. Hər bir altıgüşəlinin zirvəsində yeni kristallar yaranır və onların zirvəsində də yenisi yaranır. Elə bu səbəbdən də qar dənələri bir-birinə bənzəmir.
Qarın rənginin ağ olmasına səbəb hava ilə birləşməsi olmuşdur. Ən iri qardənəsi 1887-ci ilin 20 yanvarında ABŞ-n Montana ştatında 38x20 ölçüsündə olmuşdur. Normalda isə 5mm diametrində və 0.004q çəkidə olur. Formaları o qədər müxtəlif olur ki, hətta 2 qar dənəsinin bir-biri ilə bənzəmədiyini də deyirlər.