Dünyanın ən bolsulu çaylarından sayılan Qanq cənubi Asiyadan axır. Qanq Brahmaputra ilə birlikdə ən böyük delta əmələ gətirir. Çay öz başlanğıcını Himalay dağlarının buzlaqlarından götürür, Hindistan və Banqladeş ərazisindən axır.
Hinduizm inanclarına görə bu çay müqəddəs sayılır, onu ziyarət edirlər və kremasiya (meyiti yandırdıqdan) etdikdən sonra külünü Qanq çayına atırlar.
Mənbəyini Himalay dağlarından götürsə də Qanq əsasən düzənlik çayı sayılır. Baxmayaraq ki, uzunluğu Hind və Brahmaputradan azdır, Qanq hövzəsinin sahəsinə görə Cənubi Asiyanın ən böyük çayı sayılır. Dağ buzlaqları bə musson yağışları qidasının əsasını təşkil edir. Elə buna görə gursululuq dövrü yay aylarına təsadüf edir. Çayın aşağı axarı dünyanın ən sıx məskuhlaşmış ərazilərindən sayılr.