Qalxanlar nəyə deyilir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Platformalarda azmeylli və geniş ərazini tutan əyilmələr və qalxmalar xarakterikdir. Bunlar sinekliz və anteklizləri əmələ gətirirlər.Yerdə baş verən bu hərəkətlər geosinklinallarda baş verən tektonik hərəkətlərdən sürətinə və amplitudasına görə  fərqlənirlər.

Uzun müddət  qalxmış olan antekliz hissələrdə çox zaman çökmə süxur örtüyü olmur. Qırışıq özülün yer səthinə çıxdığı bu cür məntəqələr qalxan adlanır. Bunlara misal olaraq Baltik, Kanada, Anabar  qalxanlarını göstərmək olar.

0 points