Tornado answered
Platformalarda azmeylli və geniş ərazini tutan əyilmələr və qalxmalar xarakterikdir. Bunlar sinekliz və anteklizləri əmələ gətirirlər.Yerdə baş verən bu hərəkətlər geosinklinallarda baş verən tektonik hərəkətlərdən sürətinə və amplitudasına görə fərqlənirlər.
Uzun müddət qalxmış olan antekliz hissələrdə çox zaman çökmə süxur örtüyü olmur. Qırışıq özülün yer səthinə çıxdığı bu cür məntəqələr qalxan adlanır. Bunlara misal olaraq Baltik, Kanada, Anabar qalxanlarını göstərmək olar.