Qalaktika nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

On milyondan çox ulduzu özündə birləşdirən bir sistem olub, vahid cazibə mərkəzi ətrafında hərəkət edir. Qalaktikalar quruluşuna görə müxtəlif olurlar. Spiralşəkilli, elliptik, və heç bir formaya malik olmayan, yəni, qeyri müəyyən fomalı.

Bizim Qalaktika  (günəş sistemi bu qalaktikada olduğuna görə Bizim qalaktika deyilir) spiralşəkilli formaya malik olub “Süd yolu“ qalaktikası adlanır. Spiralşəkilli qalaktikaların mərkəzi daha sıx və ya parlaq nüvədən ibarət olur və bu tip qalaktikalarda tez tez yeni ulduzlar meydana gəlir. Spiralşəkilli Andromeda qalaktikasında hər il 30-a qədər “yeni“ zəif ulduz yaranır.

0 points