Q-6-FD nə deməkdir?

Tibb Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Murguz Safarov answered

Qlükoza 6-fosfat dehidrogenaza ( D-glucose 6-phosphate: NADP + oxidoreductase, G6PD) heksoz mono fosfat yolunun ilk pilləsini sürətləndirən açar bir fermentdir. Eritrosit NADPH formalaşması üçün tək qaynaq heksoz mono fosfat metabolik yolu olub, G6PD çatışmazlığında NADPH istehsalı əhəmiyyətli dərəcədə azalır. Heksoz mono fosfat yolu çatışmazlığının ən əhəmiyyətlisi qlükoza 6-fosfat dehidronaza fermentinə (G6DPD) bağlı olandır. 

G6PD çatışmazlığı X ilə əlaqəli və resesiv bir xəstəlikdir. Bu xəstəlik dünyada geniş yayılmış və təxminən 400 milyon insanda görülür. G6PD fermenti eritrositin içindəki sadələşdirilmiş qlukaqon səviyyəsinin davamlılığını təmin etmək üçün tələb olunur. Beləliklə bu huceyrələr oksidləşdirici stressə qarşı qorunur. 

Bu xəstəliyə tutulmuş şəxslər bəzi dərman maddələrinə ( primakin, aspirin, sulfonamidlər) , kimyəvi maddələrə (metilen mavisi, naftalin) məruz qalsalar yaşlı eritrositlərdə hemoliz inkişaf edir. Anemiya, hemoglobinemiya, hemoglobinuriya, beldə ağrı, sarılıq və retikuositoz inkişaf edə bilər. Xüsusi ferment sayılması testləri ən yaxşı diaqnostik üsuldur.

0 points