Tornado answered
Pyotr Petroviç Semyonov rus səyyah və tədqiqatçıdır. Rusiyada Ryazan quberniyasında anadan olmuş, coğrafiya təhsilini Almaniyada almışdır.
Semyonovun coğrafiya elmində tanınması Tyan-Şan dağlarında apardığı araşdırmalar ilə bağlıdır. O, Tyan-Şan dağlarının vulkanik olmadığını müəyyən etməklə müəllimi Humboltun səhvini düzəltmiş oldu.
Bundan əlavə dağ sistemində ilk dəfə təbii zonalar ayırmış və hər zonanın xarakterik xüsusiyyətlərini müəyyən etmişdir. Bu xidmətlərinə görə soyadına Tyan-Şanski sonluğu əlavə edilmişdir.