Tornado answered
Atlantik okeanının Karib hövzəsində olan bu ada Böyük Antil adalarının ən kiçiyidir. Eramizdan əvvəl də adada yaşayışın olduğu deyilir. Avropalılar adaya XVI əsrdə gəlmişlər. Puerto-Riko ispan sözü olub "Varlı liman" deməkdir.
400 il ispanların nəzarətində qalan ada 1998-ci il İspan ABŞ müharibəsi nəticəsində Paris müqaviləsinə əsasən ABŞ-a verilmişdir. Puerto Riko daxili məsələlərdə müstəqil dövlət olsa da, xarici siyasətdə ABŞ-dan asılıdır. Puerto-Riko ərazisinə Mona, Bekes, Kulebra və başqa adalar da daxildir. Mona adasına ancaq turistlərin girməsinə icazə verilir.
