Türk admiralı, dənizçisi və gözəl xəritə tərtibçisi Piri Rəis (tam adı Hacı Muhiddin Piri ibn Hacı Məhmət) 1465-ci ildə anadan olmuş və 1554-cü ildə vəfat etmişdir. O, topladığı bilik və məlumatlar əsasında iki xəritə tərtib etmiş və "Kitabi Bəhriyyə " adlı bir kitab yazmış, bununla da dünyaca məşhur bir şəxsiyyətə çevrilmişdir. Xəritədə Avropanın qərb sahilləri, Afrikanın şimalı çox ağlasığmaz dəqiqliklə göstərilmişdir və şərti olaraq Braziliya və Cənubi Amerikanın şərq sahilləri göstərilmişdir. Bundan başqa xəritədə Atlantik okeanında olan bir sıra adalar da göstərilmişdir. Azor, Kanar, Antil adaları və hətta Antarktidada göstərilmişdir.
Xəritə 1929-cu ildə Topqapı sarayında araşdırma apararkən tapılmışdır. Xəritə Cənubi Amerikanın ilk və XVI əsrin yeganə xəritəsi olduğona görə diqqəti cəlb etmişdir.1953-cü ildə tanınmayan bir türk dəniz məmuru Piri Rəisin xəritəsinin bir nüxsəsini ABŞ Dəniz Hidroqrafiya Bürosuna göndərmiş və xəritənin dəyərləndirilməsini istəmişdir. Büronun baş mühəndisi M. I. Walders xəritəni araşdırmaq üçün qədim xəritələrin bilicisi olan təqaüdçü Arlinqton Humphrey Mallerə müraciət etdi. O, Xəritənin hansı üsulla tərtib edildiyini müıyyən etmiş və xəritənin düzgünlüyünü yoxlamaq üçün bir xəritə yaradıb onu Piri Rəisin xəritəsinin üzərinə qoydu. Xəritə çox dəqiq idi və onun Aerofotoşəkillə eyni dəqiqlikdə olduğu məlum oldu.
O dövr üçün çox fantastik sayılan bu xəritələr möcüzələrlə dolu idi. Orada Qrelandiyanın 3 adadan ibarət olması, Atirktidanın buzaltı relyrfi çox dəqiqliklə verilmişdir.