Peru haqqında nələri bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Peru Cənubi Amerikanın qərbində yerləşir. Çox qədim bir tarixə malik olan bu ölkə indi də ink mədəniyyətini qoruyub saxlayıb. Amerikada yerli əhalinin üstünluk təşkil etdiyi çox az ölkədən biridir. Paytaxtı Lima şəhəridir. Ölkə ərazisi fərqli iqlim bölgələrinə ayrılır.

Kosta (Sahil) - Sakit okean sahilində olan bu bölgə quraq olması ilə fərqlənir.

Sierra (Andlar) - Burada müxtəlif hündürlüklü dağlar, vulkanlar və dərin parçalanmış çay dərələri var. Yağışlar adətən oktyabrdan aprelə kimi düşür.

Selva (Yağış meşəsi) - Andlardan şərqdə olan meşələr istilliyin təxminən bərabər ( 26 dərəcə), il boyu 3800 mm-ə çatdığı ərazilərdir.

0 points