Pataqoniya harada yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Pataqoniya Cənubi Amerika materikinin cənub qurtaracağında, Argentina və Çili ərazisində yerləşir. Qərbində And dağlarının cənub qərbi, şərqə getdikcə yayla və düzənliklərdən ibarətdir.

”Pataqoniya” ispan dilində pataqon sözündən götürülüb uzunayaqlılar deməkdir. Bu sözü ilk dəfə Magellan işlətmişdir. O.səyahəti zamanı oradan keşərkən cox hündürboylu insanları gürmüş və onları uzunayaglılar adlandırmışdır və O zamandan bu ərazi Pataqoniya adlandırılır.

0 points
Yagublu answered

Pataqoniya Argentina və Çili ərazisində yerləşir. Pataqoniya şərq tərəfdən Atlantik okeanına, qərb tərəfdən Sakit okeanına çıxışa malikdir. Pataqoniyanın şimal sərhəddi And dağlarından Atlantik okeanına tökülən Kolorado və Barankas çayları hesab edilir.

Bu ərazidə ən böyük şəhər Argentinada yerləşən Neuken şəhəridir. Ümumiyyətlə Patagoniyada 2 milyona yaxın insan yaşayır. Ərazisinin cəmi 10%-i Çili dövlətinin tərkibindədir.

Ümumiyyətlə iqlimi mülayim və qurudur. Əsasən maldarlıq, dağ-mədən, və bir sıra ( buğda, meyvə) kənd təsərrüfatı sahələri inkişaf edib. Son illər turizmdə xeyli gəlir gətirməyə başlayıb. Pataqoniyadan hətta Antraktidaya turist səfərləri təşkil olunur.

0 points