Tornado answered
Qədim adı Lütesiya olan Parisin əsası eramızdan əvvəl III əsrin ortalarında kelt mənşəli parisi tayfaları tərəfindən qoyulmuşdur. Hazırda Paris Fransada əhalinin ən çox məskunlaşdığı ərazi sayılır. Şəhər əhalisini əsasən cavanlar təşkil edir, çünki, təqaüdə çıxmış fransalılar şəhər ətrafında yaşamağa üstünlük verir. Paris əhalisinin 14.5%-ni immiqrantlar təşkil edir. Bunlar Portuqaliya, Əlcəzair, Mərakeş və digər ölkələrdən gələnlərdir.
Paris ölkənin mühüm iqtisadi mərkəzidir. Əhalinin 85%-i xidmət sektorunda çalışır. Turizm çox yüksək səviyyədədir. Görməli yerləri Luvr muzeyi, Eyfel qülləsi, ”Beş Kral meydanı“ və s.-dir.