Papirus cilkimilər fəsiləsinə aid bitki növüdür. Bu bitkinin gövdəsindən hazırlanan kağız da papirus adlanır.
İlk dəfə Qədim Misirlilər tərəfindən istifadə olunmuş onlardan Qədim Yunanlara və Romalılara keçmişdir.
Perqament istifadə olunana qədər əsasən yazı yazmaq üçün papirusdan istifadə olunmuşdur.
Afrikada, Aralıq dənizi sahillərində papirusdan təkcə yazı yazmaq üçün deyil müxtəlif sahələrdə istifadə edilirdi. Bitkinin gövdəsindən və köklərindən hazır şəkildə və ya xammal kimi istifadə edilirdi. Cərt köklərdən su və yemək qabları hazırlayırdılar və həm də yanacaq kimi istifadə edirdilər. Papirusdan qayıq və yelkənlərin hazırlanmasında da istifadə olunurdu.
Məşhur səyyah Tur Heyerdal Afrika və Aralıq dənizi sahilində yaşayan insanların Amerikaya necə üzə biləcəyini sübut etmək üçün papirusdan iki qayıq (Ra və Ra II) düzəldərək Mərakeşdən Barbadosa qədər üzüb getmişdir.