Pampa nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Cənubi Amerikanın cənub şərqində, subtropik qurşaqda yaranan çöllər pampa adlanır. Pampa ispan dilində ”ağac olmayan yer” deməkdir.

Pampa qərbdən And dağları şərqdən isə Atlantik okeanı ilə əhatələnib. Rütubətli subtropik iqlim şəraitində qırmızı-qara torpaqları üzərində ağ ot, yabanı darı və s. bitkilərin yerində buğda və başqa mədəni bitkilər əkilir. Heyvanat aləmi əsasən pampa maralı, pampa pişiyi, nandu dəvəquşusu, müxtəlif növ qəmiricilərdən ibarətdir. Pampa Argentina, Uruqvay və Braziliyanın ərazisində yerləşir.

0 points