Tornado answered
Birləşmiş Ərəb Əmirliyininn Dubay şəhəri ərazisində İran körfəzində tikilmiş süni arxipelaqdır. Arxipelaq üç böyük adadan ibarətdir ki, onların da hər biri palmaya oxşayır. Palma Cumeyra adaların içərisində ən kiçiyi və ən gözəli sayılır. Bu adaların tikintisi 2001-ci ildən 2006-cı ilə qədər davam edib. Adalar gövdədən, 16 yarpaqdan və onları əhatə edən 11 kilometrlik ayparadan ibarətdir. Adaları materiklə 300 metrlik körpü birləşdirir.
Palma Cəbəl-Əli adalarının tikintisinə 2002-ci ildən başlanıb 2007-ci ilə qədər davam edib və tam başa çatdırılmayıb. Palma Deyra adaları Palma adalarının ən böyüyü olub tikintisi 2004-cü ildə başlanıb.