"Ozon dəliyinin" yaranmasının mənfi nəticələri nə ola bilər?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Ozon tərkibində üç oksigen atomu olan qazdır. Ozon atmosferdə iki qatda, troposfer və strotosferdə mövcuddur. Tropsferdə onun miqdarı çox azdır, lakin strotosferin 15-25km-də ozon müəyyən bir təbəqə yaradır ki bu da yerdə həyatın olmasına səbəb olur. Çünki, bu qaz yer kürəsinə gələn ultrabənövşəyi şüaları udur. Yerə yaxın qatda isə ozonun olması çox da əlverişli deyil çünki , o özünə fotokimyəvi his və qələvi yağışlar toplayan çirkləndirici maddə hesab edilir.

Son illərdə ozon qatının nazikləşməsi prosessi baş verir. Müşahidələr nəticəsində müəyyən olunub ki, Antarktida üzərində bu proses daha çox müşahidə olunur və hətta orada "ozon dəliyi" yaranır. Ozon qatının 1% azalması ultrabənövşəyi şüaların 2%artmasına səbəb olur.

Yer üzərində ultrabənövşəyi şüaların artması nəticəsində bitkilər, dənizdə yaşayan planktonlar və bunlarla bərabər bütün dəniz canlıları (çünki, dəniz canlılarının əsas qidasını planktonlar təşkil edir) məhv olma təhlükəsi qarşısında qalır. Buzlaqların sürətlə əriməsi, xüsusilə Antarktidada, baş verir ki, bu da Dünya okeanı suyunun artmasına və onun qurunu basmasına səbəb olar. Bundan başqa bir sıra xəstəliklərin çoxalması sırf ozon qatının azalması ilə bağlıdır. Məsələn dəri xərçəngi, bədxassəli melanoma, gözün kataraktası, göz büllurcuqlarının deformasiyası və s.

0 points
Zeynəb Əhmədli answered

.

0 points