Murguz Safarov answered
Osteoxondroz bəzən özünü göstərmədən yavaş yavaş irəliləyə bilir, bəzənsə onurğalardan çıxan sinirlər və ya onurğa içindən keçən sinir dəstəsini sıxıştıraraq narahatlıqlara səbəb olur. Sinir köklərinin sıxışması ilə ortaya çıxan narahatlıqlar : Qol və ya ayaqlarda ağrı, qarışqalanma və ya keylik kimi vəziyyətlər ortaya çıxır. Siyatik olaraq bilinən narahatlıqda beldən ayaqlara qədər uzanan sinir sıxışması nəticəsində meydana gəlir. Sinir dəstəsinin (cauda equina) sıxışması nəticəsində ortaya çıxan narahatlıqlara qisaca cauda sindromu deyilir. Sinir dəstəsinin sıxışması nəticəsində sidik kisəsi və bağırsaq (rektum) idarə edilə bilmir. Cinsi orqanlarda və ayaqlarda iflic görülə bilər.