Osminoqların neçə ayağı var?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Osminoqların 2 ayağı var. Osminoqların bədənindən 8 üzv çıxır ancaq, son araşdırmalara görə bu üzvlərin ikisi heyvanı qabağa arxaya doğru hərəkət etdirir, 6-sı isə qidalanmaq üçündür. Buna görədə zooloqlar bu heyvanı iki ayaqlı altı qollu qəbul edirlər.

Osminoqun bu çıxıntıları həm dirək funksiyasını yerinə yetirir, həmdə qatlanaraq şəkil dəyişməsində kömək edir. Bundan başqada osminoqun beynin 2/3-si bu çıxıntılarda yerləşir, yəni təqribi olaraq 50 milyon neyron bu çıxıntılardadır. 1/3-i isə yastı şəkildə olub başda yerləşir.

Osminoqların sinir sisteminin çox hissəsi bu çıxıntılarda olduğundan hər bir bu çıxıntı azaddır. Yəni gövdədən qopmuş qollar hərəkət edə bilirlər. Bəzən isə bu qollar azad olaraq bir neçə ay yaşaya bilirlər.

Osminoqların hər qolunda dadbilmə orqanı vardır. Mutasiyaya uğramış osminoqlarda 8 dən çox çıxıntı ola bilir. Yaponiyada 96 çıxıntısı olan bir osminoq sərgilənib. Ancaq 5 ay yaşayan bu osminoqun balaları normal olaraq 8 çıxıntı ilə doğulsalarda 1 aydan çox yaşamadılar.

0 points