Tornado answered
Orxon çayı Monqolustan ərazisində Xanqay dağlarının 1084 metr hündürlüyündən başlayır. Başlanğıcda çay dar dərin dərə ilə axır və Şimala doğru axır bununla da Ulaan Sutqalan şəlaləsini əmələ gətirir, aşağı axarında çayın dərəsi enlənir. Rusiya sərhəddinə çatmamış Selenqa çayı ilə birləşib Baykal gölünə tökülür.
Orxon çayının uzunluğu 1124 km-ə bərabərdir və uzunluğuna görə Monqolustanın ən uzun çayı hesab olunur. Çayın çox böyük tarixi əhəmiyyəti var. Orada olan tarixi abidələr, qədim qəbirlər və orada tapılan yazı nümunələrinin türk dünyası üçün çox böyük əhəmiyyəti vardır. Hazırda həmin ərazi YUNESKO-nun tarixi irsinə daxil edilib.