İbn- Bəttutə adı ilə məşhur olan İbn-Bəttutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tanci (1304-1377) islam dünyasının məşhur səyyahı və taciri olmuşdur. İbn Bəttutə o dövrdə mövcud olmuş bütün islam ölkələrini gəzmişdir. Mərakeş , İskəndəriyyə, Fələstin, Məkkə, Kiçik Asiya, Rusiya, Orta Asiya, Əfkanıstan, Hindistan, Çin və s. ölkələrdə olub.
Maldivlərə olan doqquzaylıq səyahəti zamanş oranın keçmiş sultanının qızı ilə evlənmişdir. O, gəzdiyi ölkələri yaxından öyrənmiş və orada yaşayan əhali haqqında daha çox məlumat toplamışdır. Ərəbistana qayıdarkən özü ilə gətirdiyi bu məlumatlar əsasında "Ibn- Bətutənin səyahətləri" əsərini yazmışdır. Magellana qədər olan dövrün ən böyük səyyahı sayılir. Onun əsərləri bir çox Avropa dillərinə tərcümə edilmişdir.