Orta əsr coğrafiyası haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Orta əsrlərdə (V-XVəsrlər) dinin təsiri ilə əlaqədar olaraq coğrafiyanın inkişafında bir durğunluq yarandı. Avropada demək olar ki, antik coğrafi məlumatlar təmamən yaddan çıxmışdı. IV əsrdə yaşamış bizanslı Kosma İndikoplo “Xristian topoqrafiyası” əsərində bəzi coğrafi bilgilərin izahını verməyə çalışmış və o dövrdə Hindistan, İran, Seylon, Ərəbistan və Şərqi Afrikada aparılan ticarət haqqında məlumat vermişdir.

Avropadan fərqli olaraq Ərəb ölkələri,Yaxın Sərq ölkələri, Mərkəzi, Orta Asiyanın bəzi ölkələri qədim coğrafi fikirləri mühafizə etmiş və inkişaf etdirmişdilər. Əl Xarəzmi riyazi coğrafiyanın əsasını qoymuş, Əl İdrisi dünya xəritəsi tərtib etmiş, Əl Biruni ilk qlobusu düzəltmiş, Nəsrəddin Tusi ulduz kalendarı tərtib etmiş və s.

0 points