Ölkənin milli zənginliyi nə ilə müəyyən olunur?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Ölkənin inkişafı sırf təbii ehtiyatların coxluğundan asılı ola bilməz. Ona qalmış Yaponiya bu qədər inkişaf etməzdi və ya Afrikanın çox dövlətləri inkişaf etmiş ölkələr arasında olardı.

Yaponiyanın iqtisadi inkişafının əsas səbəbi əhalisinin zəhmətsevərliyi, adət ənənəsi, bilik təcrübəsi və bunun bütün əhaliyə aşılandırabilmə qabiliyyəti olmuşdur.

Buradan belə nəticəyə gəlmək olar ki, təkcə təbiətin ona vermiş olduğu ehtiyatlar bəs etmir, bunun ücün zəhmətsevərlik, savadlılıq, xalqın birliyi, ümumi mənafe üçün çalışmaları əsas sayılır.

0 points