Tornado answered
Dünyada elə ölkələr var ki, onların iqtisadiyyatı əsasən turizmdən asılıdır. Ölkədə turizmin inkişafı üçün rekreasiya resursları iki cür qruplaşdırılır: təbii və antropogen.
Təbii rekreasiya ehtiyatları gözəl dağ, sərin bulaq, isti və qumlu çimərliklər, sıx meşəli dağlar və s. Aralıq dənizi sahilləri, Karib hövzəsi, Havay adaları, Alp, Qafqaz, And dağları və s.-də belə yerlər möücuddur.
Antropogen yəni, insanın yaratdığı dedikdə tarixi abidələr nəzərdə tutulur. Bunlara Misir piramidaları, Böyük Çin səddi və dünyada olan çox sayda tarixi yerlər nəzərdə tutulur. Bütün bunlardan əlavə insanların istirahətini təşkil etmək üçün təmiz və səliqəli otellər, yaxşı xidmət sahələri,təhlükəsizliyin qorunması və s.