Ölkədaxili miqrasiyaya nələr səbəb ola bilər?
Tornado answered
Əhalinin bir yerdən başqa yerə köçüb getməsi miqrasiya adlanır. Miqrasiya ölkə daxilində və ölkədən xaricə ola bilər. Ölkıə daxilində kənddən şəhərə, şəhərdən şəhərə, şəhərdən kəndə (bu çox az olur) və s. Daxili miqrasiyanın müxtəlif səbəbləri ola bilər iqtisadi, siyasi, sosial, dini, milli, irqi ziddiyətlər və təbii fəlakətlər. Kənddən şəhərə köçməyə ali təhsil, şəhər yaşayış tərzi, kənd təsərrüfatında çalışmağın ağır olması və s. səbəb ola bilər.
Ərazicə böyük olan ölkələrdə zəif mənimsənilmiş ərzilərə əhali axını müşahidə edilir. Texnika və texnologiyanın inkişafı, infrastrukturun yaxşılaşması, hətta ekstremal şəraitə malik ərazilərdə də yaşamağa imkan verdiyindən əhali həmin bölgələrə üz tutur.