Okean və materik təbii kompleks hesab edilə bilərmi?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Bəli, okean və materik hər biri ayrılıqda bir təbii kompleks hesab edilir. Təbii kompleks təbii komponentlərin qarşılıqlı əlaqəsindən yaranan bir sistemdir. Bu komponentlərin hər hansı birinin fərqli xüsusiyyəti bütün sistemi dəyişdirmək gücünə malikdir. Okean və materiklərdə də bu komponentlər bir birindən kəskin fərqləndiyinə görə onlar hərəsi bir təbii kompleks sayılır. Lakin onların özlərində də fərqli xüsusiyyətlər yaranır kl, bu da onların daha kiçik komplekslərə ayrılmasına səbəb olur. 

Məsələn, hər bir materik ayrıca bir kompleks sayıla bilər və yaxud hər bir okean ayrı bir kompleks ola bilər. Onların özlərində də istiliyin, rütubətin, bitki və heyvanat aləminin dəyişməsi daha kiçik fərqli komplekslərin (məsələn, təbii zonalar, landşaft qurşaqları) yaranmasına səbəb olur. Yaxud okeanda duzluluğun, istiliyin, canlı aləmin fərqli olması müxtəlif komplekslərin yaranmasına səbəb olur.

0 points