Tornado answered
ABŞ-ın şərqindən axan bu çay Missisipinin ən gursulu qoludur. Pensilvaniya, Ohayo, Qərbi Virginiya, Kentukki, İndiana və İllinoys ştatlarından axır. Gursululuq dövrü ilin soyuq vaxtına, azsululuq (mejen) dövrü isə avqust-sentyabr aylarına təsadüf edir.
Pitsburq yaxınlığında başlanğıclarını Appalaç dağlarından götürən Alleqeyn və Monoraxil çaylarının birləşməsindən yaranan Ohayo çayının uzunluğu 2102 km-ə bərabərdir. Çayada gəmiçilik yaxşı inkişaf edib.
Çayın üzərində tikilmiş şlüzlər və digər kaskadı hidrotexniki qurğular gəmilərin hərəkət etməsinə lazım olan dərinliyi saxlamağa xidmət edir. Bundan başqa çay üzərində çoxlu sayda körpülər tikilmişdir.