Tornado answered
Avrasiya materikinin Qərbi Sibir ovalığından axan bu çay başlanğıcını Altay dağlarından axan Biya və Katun çaylarının birləşməsindən götürür. Dünyanın ən böyük çaylarından biri olan Obun uzunluğu 3650 km-ə bərabərdir. Çay Kara dənizinə tökülür.
Çayın əsas qidasını qar suları təşkil edir. Ob çayı mənsəbdə estuari əmələ gətirir. Ob çayının ən böyük qolu İrtış çayıdır. Çay üzərində Yenisibir su anbarı tikilmişdir ki, bunun əsas səbəbi Yenisibir su elektrik stansiyasını su ilə təmin etmək üçün çayın tənzimlənməsidir. 1950-61-ci illərdə tikilən bu su anbarının tikintisi zamanı çoxlu kənd və Berdsk şəhərinin yarısı su altında qalmışdır. Hazırda su anbarının kənarında istirahət zonası salınmışdır.