Noqay çölü hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Rusiya Federasiyasının ərazisində yerləşən, Xəzərsahili ovalığın bir hissəsini təşkil edən bu düzənlik Krosnadar, Stavropol diyarları və Çeçenistan Respublikasının bir hissəsini əhatə edir.

Hündürlüyü - 28-dən 150 m-ə qədərdir. Düzənlik Terek və Kuma çayları arasında yerləşir.

İqlimi quraq olub il ərzində 300 mm yağıntı alır. İlin isti dövrünün temperturu +22-25 dərəcə, soyuq dövrü isə 0-la +2 dərəcə arasında dəyişir.

Qış çox quraq keçir. Bu ərazi əsasən köçəri heyvandarlıq ücün qış otlaqları kimi istifadə edilir.  Ərazidə daimi axan çay olmadığına görə əkinçilikdə kənardan gətirilən su hesabına süni suvarma tətbiq edilir. Düzgün olmayan təsərrüfat fəaliyyəti ərazinin təbii bitki ortüyünün məhv olmasına və buranın əsas sakinləri olan sayqakların yox olmasına gətirib çıxarır.

0 points