Niyə qəpiklərin kənarı girintili-çıxıntılıdır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Kağız puldan əvvəl qəpiklərin tərkibi qızıl və gümüşdən ibarət idi. O zamanlarda bəzi insanlar bu qəpiklərin kənarını yontaraq az miqdardada olsa həmin qiymətli metalları yığırdılar və pulları yenidən istifadə edirdilər. Bu səbəbdən tacirlər qəpikləri çəkərək alırdılar. Xalqı əksilmiş pullardan qorumaq üçün qəpiklərin kənarını girintili-çıxıntılı düzəltməyə başladılar. Beləliklə kənarı yontulan qəpiklər bilinirdi.

Hal-hazırda qəpiklərin tərkibində qiymətli metallar olmasada yenedə qəpiklərin kənarı girintili-çıxıntılı düzəldilir. İlk qəpik eramızdan əvvəl 7-ci əsrdə Lidiya dövlətində elektrumdan - 30% gümüş saxlayan qızılla gümüşün qarışığından düzəlmişdir. Sonraki vaxtlarda əsas qəpiklər mis, qızıl, gümüşdən hazırlanıb. 19-cu əsrin ikinci yarısından sonra bu metallara nikeldə əlavə olunub.

0 points