Niyə əl dırnaqları ayaq dırnaqlarından daha tez uzanır?
Tornado answered
Əllər (əsasəndə barmaqlar) daha çox istifadə edildiyindən əllərə gələn qan miqdarı ayağa gedən qan miqdarından daha çoxdur. Buda əl dırnaqlarımızın daha tez uzanmağına səbəbdir. Elə bu səbəblərdən əldəki yaralar ayaqdakından daha tez sağalır.
Bundan başqa dırnaq uzunluğu falanqanın uzunluğundan asılıdır. Ayaqdakı falanqalar əldəkindən daha qısa olduğundan el dırnaqları 4 dəfə daha tez uzanır.
Əllər ayaqlara görə ürəyə daha yaxındır. Buna görə də əl barmaqlarında qan dövranı daha güclüdür və dırnaqlar daha tez uzanır. Əl dırnaqları daha çox kiçik travmalara məruz qalır. Bu kiçik travmalarda dırnaq böyüməsini sürətləndirir.