Niyə dovşanın gözünə işıq tutduqda yerində qalır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Ovçular bunu daha yaxşı bilirlər. Axşam ova çıxan ovçuların yanlarında olan fənər ətrafa işıq saçmaqla yanaşı ov üçündə yararlıdır. Çünki, bəzi heyvanlar əsasən gündüz gəzir, bəziləri isə gecə gəzir. Gecə gəzən heyvanların gözlərinə birbaşa işıq tutduqda yerlərində donub qalırlar.

Gecə gəzən məməli heyvanların gözlərində retinada çubuq formalı görmə hüceyrələri daha çox olur. Gündüz gəzənlərdə ilə konusvari görmə hüceyrələri daha çox olur. Dovşanlarda daha çox gecə gəzdikləri üçün gözləri daha çox gecə görməyə uyğunlaşmışdır. Birdən güçlü işıq gözə təmas etdikdə bir müddətlik korluq olurki, heyvan özünü təhlükəyə atmamaq üçün yerində qalır.

Bu bəzən balıqlardada belə olur. Gecə vaxtı su altında balıqların gözlərinə tutulan işıq zamanı hərəkətsiz qalırlar.

0 points