Tornado answered
Neqros adası Sakit okeanda yerləşən Filippin adalar qrupuna daxil olan orta böyüklükdə adadır. Adanın sahəsi 13074.5 km²-ə bərabərdir. Adanın ərazisi dağlıqdır.
Ən hündür yeri Kandaon vulkanıdır. Vulkanın hündürlüyü 2464 m-ə bərabərdir.
İqlimi subekvatorial mussondur. Yağıntı qonşu adalara nisbətən az düşür 1600-2000 mm.
Ada Qərbi və Şərqi Neqros olaraq iki hissəyə ayrılır. Neqros adasında olan ən böyük şəhər Bakolod şəhəridir. Adanın əhalisi bisaylar və çinlilərdən ibarətdir.
Təsərüfatı əsasən əkinçilik (şəkər qamışı, düyü, qarğıdalı) dağlarda heyvandarlıq, gümüş və mis emalından ibarətdir.