Nəhənglər keçidi nə deməkdir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Nəhənglər keçidi İrlandiyanın şimalında Antrim qraflığı ərazisində Buşmil şəhərinin 3 km şimalında yerləşən vulkanik bazalt geoloji quruluşa xalq arasında verilən addır. Burada olan ən hündür bazalt sütunun hündürlüyü 12 metrə bərabər olub əksəriyyəti altıbucaqlı şəklindədir. Lakin bəzən dörd, beş, yeddi və səkkizbucaqlı sütunlara da rast gəlinir.

Bu lava yaylası 50-60 milyon il əvvəl (paleogen dövründə) vulkanik püskürmənin nəticəsi olaraq yaranmış vulkanik platoda təxminən qırx min sütunun yan-yana düzülmüş kimi görünür.

Nəhənglər keçidi 1986-cı ildə YUNESKO-nun dünya mədəni irsinə daxil edilmişdir.

0 points