Tornado answered
Yer səthinin hər yerində havanın sıxlığı eyni deyildir. Elə bunun nəticəsində də havanın hərəkəti baş verir. Yer üzərindəki hava sıx olduğu yerlərdən (bu yerlərdə yüksək təzyiq olur) seyrək olduğu yerlərə ( bu yerlərdə alçaq təzyiq olur) doğru hərəkət edir. Bu isə külək adlanır. Külək istiqamətinə, gücünə və sürətinə görə səciyyələnir.
Küləyin istiqaməti onun haradan əsməsi ilə, gücü dayağa etdiyi ağırlıq qüvvəsinə görə, sürəti 1 saniyədə qət etdiyi yola görə müəyyən edilir.