Neapolda "Vezuvinin göz yaşları adlandırılan" vulkan məhsullu hansıdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Vulkan püskürərkən yer üzərinə çoxlu miqdarda püskürmə materialları atılır. Bunlar qaz, maye və bərk maddələrdən ibarət müxtəlif ölçülü madələrdir. Bərk püskürmə materialları qazların təsirindən yaranır və onların ardından yer üzərinə çıxır. Yüksək təzyiqə malik qaz və buxar müxtəlif ölçülü süxur parçalarını özləri ilə bərabər yuxarı qaldıraraq havada dövrə vurub yenidən vulkanın yamacına düşürlər. Vulkanın püskürmə gücündən asılı olaraq bu məhsullar yaxına və uzağa düşə bilirlər.

Vulkan məhsullarının ölçüləri böyük olanları vulkan bombaları və ya "Vezuvinin göz yaşları" (Neapolda) adlandırırlar. Fırlanmanın təsiri ilə bu bombalar bir-birinin içərisində yerləşmiş konsentrik halqalardan ibarət dəyirmi və ya oval şəkil alırlar.

Vulkan bombalarının ölçüləri müxtəlif ola bilirlər. 10 sm-dən 3 metrə və nadir hallarda dəmir yol vaqonu boyda (Yaponiyada Azma vulkanı 28 metr diametrində olan vulkan bombasını 7 km məsafəyə atmışdı) vulkan bombasına da rast gəlinir.

0 points