Tornado answered
Mauna-Kea dağının hündürlüyünün 10 203m olmasına baxmayaraq dünyanın ən hündür dağı sayılmır. Bunun səbəbi dağın çox hissəsinin suyun altında olmasıdır. Mauna-Kea dağının ancaq 4205m- dəniz səviyyəsindən yuxarıda yerləşir, qalanı isə suyun altındadır.
Havay adalarında yerləşən Mauna-Kea dağı qalxanvari vulkan tipinə aid olan vulkanik dağdır. Dağın yaşı milyon ilə yaxındır. Ən son püskürmə 4500 il əvvəl olmuşdur. Hazırda vulkan fəal deyil. Mauna-Kea dağı astronomik müşahidələr üçün dünyanın ən yaxşı yerlərindən sayılır.
