Nə üçün ən yüksək temperatur həm şimal, həm də cənub yarımkürəsinin tropik iqlim qurşağında deyil, subtropiklərdə qeydə alınmışdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Yer səthinə gələn və gedən radiasiya balansına nəzər salsaq burada fərqin olduğunu görmək olar. Bunun baş verməsi istiliyin aparılması ilə əlaqədardır. Biz bilirik ki, gələn radiasiya yer tərəfindən udulur və Yer özünün uzun dalğalı şüaları ilə atmosferi qızdırır. Bunun nəticəsində temperaturun şaquli ötürülməsi baş verir.  

Yer səthinin hər yerində radiasiyanın miqdarı eyni olmaması burada istiliyin üfüqi ötürülməsinə səbəb olur. İstiliyin üfiqi ötürülməsi - adveksiya (şüalanma) nəticəsində yüksək enliklərdə istiliyin itirilməsinə və alçaq enliklərdə isə alınmasına səbəb olur. İstilik radiasiya balansının defisiti və artığı təxminən 37 dərəcəlik şimal və cənub enliklərində baş verir. Bu da subtropik enliklərə uyğun gəlir. Bu proses həmin enliklərdə mütləq temperaturun yüksək olmasına səbəb ola bilər. 

Əgər bu proses olmasaydı ekvatorda temperaturun 10 dərəcə yüksəlməsi, qütblərdə isə 20 dərəcə enməsi müşahidə edilərdi.

0 points
Yagublu answered

Əvvəla, bir sıra anlayışları ayıraq. Sovet məktəblərində və indiki Azərbaycan məktəblərində keçilən sistem ilə qalan dünyada keçilən iqlim qurşaqları xəritəsində böyük fərqlər var. Dünyada keçilən tropiklər deyilən iqlim qurşağı Azərbaycanda dərsliklərdə öyrədilən ekvatorial iqlim qurşağına təsadüf edir. Biz Aralıq dənizi ətrafını subtropiklər öyrənmişik, amma Böyük Səhranı tropiklər kimi keçmişik, qalan Dünya sistemində isə Böyük Səhra və Aralıq dənizi ətrafı hər ikisi subtropiklərə aiddir. (Aşağıdakı xəritədən beynəlxalq sistemdə Subtropiklərin sərhədlərinə baxın).

Bəzi sinifləndirmələrə görə isə (məsələn Köpper-Qeiqer iqlim xəritəsi.) 5 istilik qurşağı var. Bunlar 1.Tropik, 2.Arid, 3.Mülayim, 4.Soyuq, 5.Qütb. Yəni maksimal temperaturalar müşahidə edilən yerlər hamısı 2-ci Arid istilik qurşağına aiddir. Həmçinin hər istilik qurşağının öz alt tipi var, ümumiyyətlə 30 tip var. Maksimal istilik olan - Ölüm dərəsi, Ərəbistan yarımadası, İranın fars körfəzi ətrafı, Kalaxari səhrası, Böyük Səhra və Avstraliyanın Böyük qumlu səhrası -  hamısı BWh adlanan "Arid Səhra isti" kimi izah olunan istilik tipinə aiddir.

0 points