Tornado answered
Ekvatordan 42 km cənubda yerləşən dünyanın ən kiçik dövlətləri sırasında olan Nauru dövləti okeaniyada yerləşir. Ölkənin rəsmi paytaxtı yoxdu. Ən böyük şəhəri və qeyri rəsmi paytaxtı Yaren şəhəridir.
Baxmayaraq ki, ölkənin çox gözəl təbii şəraiti var burada turizm yaxşı inkişaf etməmişdir. Ölkədə cəmi iki otel fəaliyyət göstərir. Fosfat mədənləri ölkənin əsas gəlir mənbəidir. Naurulular işləməyi sevmədiklərinə və fəsfud yeməklərini çox yediklərinə görə dünyanın ən kök insanları sayılırlar. Yaşlı əhalinin əksəriyyəti şəkərli diabet, hipertaniya xəstəliklərdən əziyyət çəkirlər. Orta ömürlülük 65 yaşa bərabərdir.