Musson mövsüm sözündən götürülüb il ərzində istiqamətini iki dəfə dəyişən küləklərdir. Bunlar küləkdən çox hava kütləsini xatırladır. Yaranmasına səbəb su ilə qurunun fərqli istilik tutumuna malik olması nəticəsində, onlar üzərində yaranan fərqli təzyiq sahələri hesabına havanın sudan quruya və qurudan suya olan axınıdır.
Yay mövsümündə quru tez qızdığından otada alçaq təzyiq sahəsi yaranır, su isə gec isindiyinə görə (çünki su aldığı istiliyi alt qatlara ötürdüyündən gec isinir) orada təzyiq yüksək olur elə buna görə də yay mussonları sutan quruya doğru əsir və bol yağıntı gətirir. Qış mövsümündə isə əksinə quru tez soyuyur və orada təzyiq yüksəlir, su isə gec soyuyur və orada təzyiq aşağıdır. Bu səbəbdən də havanın əks istiqamətdə axını baş verir. Yəni, qurudan okeana doğru, bu isə quraqliqla nəticələnir.
Mussonların tropik, tropikdən kənar və qütbyanı olmaqla 3 tipi mövcuddur. Tropik mussonlar Cənub, Cənubşərqi Asiyada, Ekvatorial Afrikada, Avstraliyanın Şimalında və s., tropikdən kənar mussonlar əsasən materiklərin şərq sahillərində subtropik və mülayim qurşaqda Cin, Koreya, yaponiya, ABŞ-n cənub sərqində, avstraliyanın şərqində və s., qütbyanı mussonlar Avrasiyanıntundra zonasında yaranırlar.