Musson yağışları və buzlaqlarla qidalanan çayların oxşar cəhətləri nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Mussonlar mövsümi hava axınları olub yayda dənizdən quruya və qışda isə əksinə qurudan dənizə doğru hərəkət edirlər. Yay mussonları sudan quruya əsdiyinə görə bol yağıntı gətirirlər. Mussonların təsir etdiyi yerlərdən axan çayların rejimində də yay mövsümündə gursululuq müşahidə edilir və hətta yağışlar həddindən çox olan zaman daşqınlar da baş verir.

Əsas qidasını musson yağışları təşkil edən çaylara Yantszı, Xuanxe, Hind, Qanq, Ohayo, Amur və s. çayları misal göstərmək olar.

Buzlaqlar əsasən isti dövrdə, yəni yay aylarında əriməyə başlayır ki, bu da buzlaqla qidalanan çayların rejiminə təsir göstərir. Belə ki, buzlaqlarla qidalanan çaylar da yay aylarında gursulu olurlar.

Amusərya, Sırdərya kimi çayların gidası isə əsasən buzlaq sularından ibarət olduğuna görə  yay mövsümündə bolsulu olurlar.

Onu da qeyd edə bilərik ki, Yantszı, Xuanxe, Hind, Qanq çaylarının qidasında həm də buzlaq suları iştirak etdiyindən daha da gursulu olurlar.

Yuxarıda qeyd etdiklərimizdən belə nəticəyə gələ bilərik ki, bu çaylarn oxşar cəhətləri hər ikisinin yay mövsümündə gursulu olmalarıdır.

0 points