Mumyalama nədir?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Mumya çürüməsin deyə ədviyyat, yağ, və duzlarla işlənmiş, parçalarla bürünmüş ölü insan bədənidir. Misirdə insanlar ölülərin başqa bir dünyada yaşadıqlarına inanırdılar. Və ancaq bədənlərini qoruduqları insanların o biri dünyada yaşaya biləcəyinə inanırdılar. Buna görədə mumyalamadan istifadə edirdilər.

Mumyalama çox çətin bir işdir. Təkcə tanrılara ibadət edən rahiblərin mumyalama etməsinə icazə verirdilər. Bir insanı mumyalamaq 1 aydan çox vaxt aparırdı.

Xeops öldükdən sonra baş rahib onun ürəyinidə mumyalayıb yenidən döş qəfəsinə yerinə qoyur. Misirlilər Xeopsun o biri dünyadada ürəyinə ehtiyacı olduğuna inanırdılar.

40 günsən sonra rahiblər orqanları sarıdıqları parçaları açaraq orqanları və bədəni təzədən yuyub yağ və ədviyyatlar vururlar. Qaraciyər, mədə, ağciyər və bağırsaqları ayrı-ayrı şüşələrə qoyulub. Hər şüşənin qapağıda bir tanrı formasındadır. Bu tanrıların Xeopsun orqanlarını qoruyacağı düşünülürdü. Və yenidən parçalarla bütün bədən sarınır. Bununlada mumyalamaq işi bitir.

Bundan sorra mumya 3 tabuta qoyulub. 1-ci tabut Xeopsun üzü əks edilmiş qızıldan olan tabutdur. 2-ci tabut taxta tabutdurki bu qızılı qorumaq üçündür. 3-cü ilə qoyduqları məzardırki buda çox ağır daşdandır.

0 points