Tornado answered
Hind okeanının qərbində yerləşən bu boğaz dünyanın ən uzun boğazı olması ilə fərqlənir. Mozambik boğazının uzunluğu 1760km olmaqla ən uzun boğazdır.
Mozambik boğazı Afrikanın şərqində yerləşir və Madaqaskarla Afrikanı bir birindən ayırır. Boğazın ən dar yerinin eni 422km-ə, ən dayaz yeri 117m və ən dərin yeri isə 3292m-ə bərabərdir. Boğazda suyun axın sürəti 1.5 dəniz mili/s təşkil edir.