Monarxiya idarəetmə formasi nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Uzun illər Yer üzündə hakim idarəçilik forması olmuş monarxiya yunanca - “monarcho” sözündən götürülüb təkhakimiyyətlilik deməkdir. Bu idarəçilik formasında dövlət bir nəfər tərəfindən (şah, imperator, karol, əmir və s.) idarə olunur. Monarx ya irsən nəsildən nəsilə ötürülür ya seçki yolu ilə seçilir ya da irsən və seçki yolu ilə təyin olunur.

Monarxiya konstitusiyalı monarxiya (B.Britaniya, Yaponiya, İspaniya, Belçika v.s.) dövlətin idarə edilməsində monarxın rolu olmur və ya çox az olur və mütləq monarxiya (Səudiyyə Ərəbistanı, Qatar, Oman və s.) dövlət tam monarx tərəfindən idarə olunur.

0 points
Yagublu answered

Monarxiya sözü yunan dilindən götürülüb, Mono - bir,  arxon - idarəetmək deməkdir. Bir insan, ailə vəya klan tərəfindən idarəedilən dövlətlər monarxiya adlanır.

0 points